Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanıldı
"Yeni Sabah" xəbər verir ki, söhbət Azərbaycan vətəndaşı Ruslan Məmməd oğlu Məmmədovdan gedir.
O, avqustun 19-da Perm Vilayət Məhkəməsində oktyabrın 7-dək uzadılmış həbs qətimkan tədbirindən verdiyi şikayətin təmin edilməsinə nail ola bilməyib. Sezar pizza
Xüsusi xidmət orqanının məlumatına görə, əslən azərbaycanlı olan və milli diasporun rəhbərlərindən biri kimi tanınan şəxs pul müqabilində hüquq-mühafizə orqanlarının hələlik şəxsiyyəti müəyyənləşdirilməmiş əməkdaşları vasitəsilə Perm sakini barəsindəki cinayət təqibinin qanunsuz olaraq dayandırılmasını təklif edib.
Hazırda İstintaq Komitəsi tərəfindən Rusiya Cinayət Məcəlləsinin "rüşvətxorluqda vasitəçilik" maddəsi üzrə cinayət işi qaldırılıb və istintaq aparılır.
FTX-dən həmçinin bildirilib ki, Məmmədovun Rusiya ərazisinə girişi 2076-cı il iyunun 4-dək qadağan edilib./Oxu.az
12 dəfə oxundu











