“ChatGPT”dən möhtəşəm yenilik: Daha əvvəlki kimi olmayacaq

“ChatGPT”dən möhtəşəm yenilik: Daha əvvəlki kimi olmayacaq“OpenAI” 18 yaşdan aşağı istifadəçilər üçün daha təhlükəsiz “ChatGPT” təcrübəsi təqdim edir.

“Bakupost” xəbər verir ki, istifadəçinin 18 yaşdan aşağı olduğu müəyyən edilərsə, yeniyetmələr üçün nəzərdə tutulan təhlükəsizlik sistemi avtomatik aktivləşəcək. 13 yaşdan kiçik uşaqların “ChatGPT”dən istifadəsinə isə icazə verilməyəcək.

Yeni sistemdə valideynlər övladlarının hesabını öz hesablarına bağlaya, istifadə saatlarını məhdudlaşdıra və müəyyən riskli hallarla bağlı bildiriş ala biləcəklər.

“ChatGPT” yeniyetmələr üçün daha az insanabənzər formada davranacaq. Həmçinin istifadəçilərə müəyyən aralıqlarla fasilə vermələri xatırladılacaq.

Yeni rejimdə təhsil imkanları da genişləndiriləcək. “Study Mode” şagirdlərə tapşırıqları hazır şəkildə həll etmək əvəzinə mövzuları addım-addım öyrənməyə kömək edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...