Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü

Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü
Türkiyənin Balıkəsir şəhərində Balıkəsir Jurnalistlər və Yazıçılar Cəmiyyəti (BGYC) tərəfindən mükafatlandırma mərasimi keçirilib. GUNDEMİNFO xəbər verir ki,
mərasimdə ictimaiyyətin doğru məlumatlandırılmasına və beynəlxalq media əlaqələrinin inkişafına töhfə verən mətbuat nümayəndələri mükafatlandırılıb.
Tədbirdə "Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər də yüksək mükafata layiq görülüb. O, Balıkəsir Jurnalistlər və Yazıçılar Cəmiyyəti tərəfindən "Beynəlxalq Media və Kommunikasiya Mükafatı" (Uluslararası Medya ve İletişim Ödülü) ilə təltif edilib.
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü
Qeyd olunub ki, A.Ələsgərə bu mükafat məhz Türk dünyasında media əməkdaşlığının inkişaf etdirilməsi, beynəlxalq kommunikasiya əlaqələrinin gücləndirilməsi və jurnalistika sahəsində ortaq mədəni dəyərlərin yaşadılmasına verdiyi qiymətli töhfələrə görə təqdim olunub.
Mükafatı azərbaycanlı jurnalistə Balıkesir Universitetinin rektoru, professor Yücel Oğurlu təqdim edib.
Tədbirdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Balıkəsir üzrə millət vəkili Mustafa Canbey, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəzi Qərar və İdarə Heyətinin üzvü, professor Zakir Avşar, Mətbuat Elanları Qurumunun (Basın İlan Kurumu) İdarə Heyətinin sədri professor Edibe Sözen, Qurumun baş direktoru Abdulkadir Çay, Bursa bölməsinin rəhbəri Gökhan Eren, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca və Türk İnternet Media Birliyinin (TİMBİR) sədri Süleyman Basa iştirak ediblər.
Proqrama Türkiyənin müxtəlif vilayətlərinin jurnalist cəmiyyətlərinin rəhbərləri, yerli media nümayəndələri, eləcə də Azərbaycan və Özbəkistandan gələn jurnalistlər qatılıb.
Mərasimdə jurnalistika peşəsinin cəmiyyət həyatındakı önəmi vurğulanıb. Balıkəsir Jurnalistlər və Yazıçılar Cəmiyyətinin 10 illik yubileyi çərçivəsində baş tutan bu tədbir Türkiyənin müxtəlif bölgələrindən və bütövlükdə Türk dünyasından olan media nümayəndələrini bir araya gətirməsi ilə yadda qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...