Bakıda da ödənişli yollar olacaq - HAZIRLIQ BAŞLANDI

Bakıda da ödənişli yollar olacaq - Azərbaycanın bölgələri ilə yanaşı, paytaxt Bakıda da ödənişli yolların tətbiqi gözlənilir. Artıq dövlət qurumları bu prosesç hazırlıqlara başlayıblar.

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ (AYNA) Bakıda ödənişli hərəkət zonaları yaradılması layihəsi üzrə texniki məsləhət xidməti alır.

AYNA məsləhət xidmətini almaq üçün “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkətini seçib. Şirkətlə birmənbə metodu ilə 307 min manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, “IDOM Consulting, Engineering & Architecture S.A.A.” ŞİRKƏTİ İspaniya şirkətidir. O, 1957-ci ildə İspaniyanın Bilbao şəhərində yaradılıb və baş qərargahı həmin şəhərdə yerləşir. Fəaliyyət sahəsi Konsaltinq, mühəndislik və memarlıq xidmətlərini əhatə edir.
fed


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
10 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...