Sikorski ukraynalı veteranların da cəlb olunacağı “Avropa legionu” yaratmağı təklif edib

Sikorski ukraynalı veteranların da cəlb olunacağı “Avropa legionu” yaratmağı təklif edibPolşanın xarici işlər naziri Radislav Sikorski Avropanın daha dərin hərbi inteqrasiyaya getməsini və NATO-ya əlavə olaraq daimi “Avropa legionu” yaradılmasını təklif edib.

Bu barədə "Kathimerini" nəşri məlumat yayıb.

Sikorskinin sözlərinə görə, yeni struktur Avropanın öz təhlükəsizliyinə daha böyük məsuliyyət daşımasına imkan verə və ukraynalı veteranların da bu qüvvəyə cəlb olunmasını nəzərdə tuta bilər.

O bildirib ki, ABŞ kollektiv müdafiənin əvəzolunmaz dayağı olaraq qalır və Avropaya mühüm texnoloji və kəşfiyyat imkanları təqdim edir.

Bununla belə, Sikorski hesab edir ki, Avropa təhlükəsizliyin təmin edilməsində daha böyük yükü birbaşa öz üzərinə götürməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
17 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...