Azərbaycanda doğulan uşaqların 40%-nin valideynləri sosial sığortadan kənardadır
Yeniavaz.com xəbər verir ki, 2026-cı ilin ilk 6 ayında ölkədə 40 min 798 uşaq doğulub.
Bu dövrdə 15 min 852 ailəyə 16 min 351 uşağın anadan olmasına görə dövlət büdcəsi hesabına birdəfəlik müavinət verilib.
Qeyd edək ki, açıqlamada bu göstəriciyə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin daxil olmadığı bildirilib.
Qanunvericiliyə əsasən, valideynlərdən ən azı biri məcburi dövlət sosial sığortaolunan olduqda uşağın anadan olmasına görə birdəfəlik müavinət sosial sığorta vəsaiti hesabına ödənilir. Valideynlərin heç biri sığortaolunan olmadıqda isə müavinət dövlət büdcəsi hesabına verilir.
Beləliklə, bu ilin ilk yarısında doğulan 40 min 798 uşağın 16 min 351-nin valideynləri sosial sığortaolunan olmayıb. Bu, ümumi doğulan uşaqların 40,1 faizini təşkil edib.
Başqa sözlə, hər 10 yeni doğulan uşaqdan təxminən 4-nün valideynlərinin heç biri məcburi dövlət sosial sığorta sistemində sığortaolunan olmayıb. Bu səbəbdən də bu şəxslər ya işsiz, ya da qeyri-rəsmi məşğul şəxslər olub.
Onu da bildirək ki, bu göstəricinin əvvəlki illərlə müqayisədə azaldığı görünür. Belə ki, 2025-ci ilin ilk yarısında Azərbaycanda 45 min 616 uşaq doğulub və onlardan 18 min 710-na dövlət büdcəsi hesabına birdəfəlik müavinət verilib. Bu, doğulan uşaqların 41 faizini təşkil edib.
Son 5 ilin ilk yarısında doğulan uşaqların ümumi sayı və büdcədən birdəfəlik müavinət alanların sayı belə olub:
7 dəfə oxundu











