“Türkiyəni satın alaram” deyən iş adamı həbs edildi – Evindən narkotik tapıldı

“Türkiyəni satın alaram” deyən iş adamı həbs edildi –  Ankarada narkotik və insan alveri ilə bağlı keçirilən əməliyyat zamanı keçmiş PETLAS (Təkər şirkəti-red) İdarə Heyətinin üzvü Abdülkadir Özcan da saxlanılıb.

“Bakupost” xəbər verir ki, bu barədə “Yeni Şafak”ın müxbiri Burak Doğan sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, Ankara Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırma çərçivəsində ümumilikdə 26 nəfər barəsində hüquqi tədbir görülüb. Onlardan 18-i saxlanılıb.

Araşdırma zamanı Abdülkadir Özcanın yaşadığı evdə də axtarış aparılıb. Axtarış zamanı rəngi, qoxusu və görünüşünə görə marixuana olduğu ehtimal edilən 175,45 qram maddə aşkarlanıb.

Maddənin dəqiq tərkibinin müəyyənləşdirilməsi üçün kriminal ekspertizaya göndərildiyi bildirilib.

Hazırda araşdırma davam etdirilir.
“Türkiyəni satın alaram” deyən iş adamı həbs edildi –
Xatırladaq ki, Abdülkadir Özcan 2024-cü ildə Türk Hava Yollarının Dubay-İstanbul reysində baş verən qalmaqalla gündəmə gəlmişdi.

Belə ki, “Business Class”da səyahət edən Özcan kabin heyətinin ona spirtli içki servisinin dayandırılmasından sonra əməkdaşlar və sərnişinlərlə mübahisə etmişdi. Hadisə zamanı onun “Mən milyard dollarlıq adamam, Türkiyəni satın alaram” dediyi görüntülər yayılmışdı.
BakuPost
Türk Hava Yolları həmin vaxt sərnişinin spirtli içkinin təsiri altında olduğunu və kabin heyətinə, eləcə də digər sərnişinlərə qarşı sözlü hücum etdiyini açıqlamışdı. Özcan təyyarə İstanbulda eniş etdikdən sonra hüquq-mühafizə orqanlarına təhvil verilmiş və hava yollarının qara siyahısına salınmışdı.

Hadisə ilə bağlı ictima etirazlardan sonra PETLAS da Özcanla bağlı qərar qəbul edib. Şirkət 14 dekabr 2024-cü ildən onun İdarə Heyətinin üzvlüyündən azad edildiyini açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
14 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...