Babək Hüseynov vəzifəsindən azad olunub?

Babək Hüseynov vəzifəsindən azad olunub?SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun vəzifədən azad olunması barədə məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında paylaşım edib.

Mia.az-ın məlumatına görə, xəbər təsdiqlənib. Bildirilib ki, o öz ərizəsi ilə vəzifədən ayrılıb.

“Qafqazinfo” olaraq məsələni dəqiqləşdirmək üçün SOCAR-a sorğu ünvanlasaq da, cavab ala bilmədik. Lakin qurumun saytında vitse-prezidentlərlə bağlı bölmədə onun haqqında məlumat hələ də qalmaqdadır.

Xatırladaq ki, Babək Hüseynov 2023-cü ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin olunmuşdu.


Babək Hüseynov vəzifəsindən azad olunub?


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...