Rusiya NATO ölkəsinə hücum edə bilər – WSJ

Rusiya NATO ölkəsinə hücum edə bilər – ABŞ kəşfiyyatının yeni hesabatlarına görə, Rusiya Prezidenti Vladimir Putin yaxın bir neçə ildə müttəfiq ölkəyə məhdud hücum həyata keçiməklə NATO-nun qətiyyətini sınaya bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Sənəd kiberhücumdan tutmuş kiçik miqyaslı quru müdaxiləsinə qədər mümkün ssenariləri araşdırır.
Hesabatlar ABŞ ordusunun potensial gələcək müharibədə Rusiya və ya Çinlə qarşılaşması üçün lazım olan bəzi vacib sursatların çatışmazlığı fonunda tərtib edilib.
Belə ki, ABŞ Ukraynaya silah təchizatını, həmçinin İranla münaqişə səbəbindən bu silahların ehtiyatlarını əhəmiyyətli dərəcədə azaldıb.
Qeyd edək ki, rəsmilər ABŞ ordusunun uzun mənzilli dəqiq idarə olunan raketlər, eləcə də qısa mənzilli “Stinger” zenit raketləri ehtiyatlarının təhlükə altında olduğunu bildirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...