Nağdəliyevin oğlu səfir təyin olundu

Nağdəliyevin oğlu səfir təyin olunduXəbər verdiyimiz kimi, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Nemət Nağdəliyev Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin oğludur.

Nemət Nağdəliyev 2017-ci ilin oktyabr ayında Azərbaycanın Polşadakı səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin olunmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
14 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...