Azərbaycanda 3,5 milyon manata şadlıq sarayı satılır

Azərbaycanda 3,5 milyon manata şadlıq sarayı satılır
Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən şadlıq sarayı satışa çıxarılıb.

Gundeminfo iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu, "Əzizə" şadlıq sarayıdır.

Əmlaka 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daxildir.

Daşınar əşyalarla birlikdə satışa çıxarılan əmlakın ilkin (bazar) qiyməti 5 milyon 377 min manat müəyyən edilsə də, hazırkı hərrac qiyməti 3 milyon 495 min 50 manat təşkil edir. Bu məbləğ əmlakın minimum satış qiymətinə, yəni bazar dəyərinin 65 faizinə uyğundur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...