Ramik Əşrəfov Yardımlı meşələrini belə məhv edir - FOTOLAR

Ramik Əşrəfov Yardımlı meşələrini belə məhv edir -  11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan meşə massivlərində qanunsuz ağac kəsini artıq sistemli xarakter alıb.

Kontekst.az.-a daxil olan növbəti həyəcanlı məlumat və kadrlar isə Yardımlı rayonunun Ləzir kəndi ərazisindən — 1 saylı meşəbəyliyin 2 saylı meşə dolayındandır.

Ramik Əşrəfov Yardımlı meşələrini belə məhv edir -

Kənd sakinlərinin çəkərək təqdim etdiyi yeni görüntülərdən aydın görünür ki, Ləzir meşələrində yüzlərlə çoxillik ağac qanunsuz olaraq kəsilib. Onların bildirdiyinə görə, tikinti materialı və odun kimi satılmaq üçün qırılan bu ağacların heç birində meşə idarəsinin rəsmi damğası (nömrəsi) yoxdur:

İddialara görə, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Nəsimi Nəsibov baş verən özbaşınalığa bilərəkdən şərait yaradır. Qeyd olunur ki, iddialara görə, qurum rəhbərliyi meşələri məhv etmək bahasına öz şəxsi biznes maraqlarını təmin edir.

Ramik Əşrəfov Yardımlı meşələrini belə məhv edir -

Maraqlıdır ki, bu, eyni meşə idarəsinin ərazisində baş verən ilk belə hal deyil. Son üç gün ərzində Göytəpə meşələrində çoxillik palıd ağaclarının qırılması ilə bağlı dalbadal materiallar dərc etmişdik. Sosial şəbəkələrdə yayılan son videolarda da sağlam palıd ağaclarının kəsildiyi və yerli meşəbəyinin buna etiraz etdiyi açıq görünür. Həmin ərazinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov tərəfindən "ixtisara" salınmış meşə dolayı olduğu bildirilir. Videonu çəkən şəxsin Meşələrin İnkişafı Xidmətinin rəsmisinə müraciətlə dediyi "Hörmətli Rəşad İsmayılov, verdiyiniz bir yanlış qərarın ölkə təbiətinə vurduğu bu sağalmaz yaralara görə kim cavabdehlik daşıyır?" sualı isə hələ də cavabsız qalıb.

Hələ bu ilin mart ayında da Göytəpə meşəbəyliyinin 10 “A” saylı dolayındakı qanunsuzluqlar barədə məlumat vermişdik. O vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktın araşdırılacağını bildirsə də, görünür, aparılan yoxlamalar heç bir nəticə verməyib. Nəticədə isə həm Cəlilabadda, həm də Yardımlıda "meşələrin soyqırımı" dayanmaq bilmir.


Ramik Əşrəfov Yardımlı meşələrini belə məhv edir -

Düzdür, ötən gün verdiyimiz xəbərə reaksiya verən Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov iddia etmişdi ki, Cəlilabad və Göytəpə ərazilərindən yayılan kadrlar köhnədir, vaxtında araşdırılıb və tədbir görülüb. Lakin ortaya çıxan son lent yazıları və Yardımlının Ləzir kəndindən daxil olan tamamilə yeni görüntülər R.Əşrəfovun bu açıqlamasını üstündən xətt çəkir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yenidən rəsmi sorğu ünvanlamışıq.
Ramik Əşrəfov Yardımlı meşələrini belə məhv edir -
Görəsən, nazirlik Ləzir və Göytəpə meşələrindən gələn bu təzə kadrlara və kütləvi ağac qırğınına nə bəhanə gətirəcək?

Mövzunu diqqətdə saxlayacağıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...