Rayon rəhbəri Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edib

Rayon rəhbəri Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edibTərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edib. Görüş zamanı rayon rəhbəri qazinin qayğı və problemləri ilə maraqlanıb, onun tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyib və müvafiq tədbirlərin görülməsi istiqamətində fikir mübadiləsi aparıb.

İcra başçısı çıxışında ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğıdan, həmçinin bu sahədə dövlətin həyata keçirdiyi siyasətdən danışıb. O, bu tədbirlərin və sosial dəstəyin hər bir vətəndaş üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşün sonunda Azər Abdullayev şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Rayon rəhbəri Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...