Gecə Rusiya qoşunları Kiyevi ballistik raketlərlə bombalayıb

 Gecə Rusiya qoşunları Kiyevi ballistik raketlərlə bombalayıbAvqustun 8-ə keçən gecə Rusiya qoşunları Kiyevə ballistik raketlər atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RBC-Ukraine” məlumat yayıb.
Kiyev meri Vitali Kliçko, Kiyev Şəhər Hərbi Administrasiyası və Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Ukrayna paytaxtında altı-səkkiz partlayış səsi eşidilib, hücum nəticəsində dörd nəfər yaralanıb.
Raket zərbəsindən təxminən bir dəqiqə əvvəl Kiyevdə hava hücumu elan edilib, lakin daha sonra ləğv edilib.
İlkin məlumatlara görə, Qoloseevski rayonunda qarajlar və qeyri-yaşayış binaları yanıb. Obolonski rayonunda isə yanacaq anbarlarının olduğu müəssisədə yanğın baş verib.
Qeyd edək ki, avqustun 5-də də Kiyev raket və dronların kütləvi hücumuna məruz qalıb. Həmin vaxt bir nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Avqustun 1-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində isə doqquz nəfər həlak olub, dördü uşaq olmaqla 33 nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...