Britaniya universitetləri maliyyə böhranı ilə üz-üzə: Xarici tələbələrin sayı kəskin azalıb

Britaniya universitetləri maliyyə böhranı ilə üz-üzə: Britaniyada xarici tələbələrin sayının kəskin azalması fonunda universitetlər maliyyə böhranı ilə üzləşib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

"Universitet rəhbərləri yeni məlumatların xarici tələbələrin sayının kəskin azalmasının sektoru həyati əhəmiyyət daşıyan gəlirlərdən məhrum edəcəyini və onun gələcəyini təhlükə altına atacağını göstərməsindən sonra Britaniyanın ali təhsil sistemində maliyyə sarsıntıları barədə xəbərdarlıq edirlər", - deyə materialda bildirilir.

Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumatlara görə, iyulun sonunadək tələbə vizası üçün müraciətlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11% azalıb.

Viza müraciətləri payızda tədris ilinin başlanmasından əvvəl daxil olduğundan, bu məyusedici göstəricilər tendensiyanın davam edəcəyi təqdirdə bir çox Britaniya universitetinin ciddi itkilərlə üzləşə biləcəyini göstərir.

Bununla yanaşı, bəzi mütəxəssislər xarici tələbələrin sayının 30%-dək azalacağından ehtiyat edirlər.

Hazırda ali təhsil sisteminin nümayəndələri leyboristləri təhsil haqqına tətbiq olunan vergini ləğv etməyə çağırırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
8 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...