Azərbaycanın ən gənc “general-leytenant”ı oldu

Azərbaycanın ən gənc “general-leytenant”ı olduXəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 hərbi qulluqçusuna “general-leytenant” ali hərbi rütbəsi verilib.
Yeniavaz.com xəbər verir ki, onlardan Babək Mürsəl oğlu Ələkbərov Azərbaycanda ən gənc yaşda general-leytenant rütbəsi alan hərbçi olub.
Belə ki, 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsini tutan generalın hazırda 39 yaşı var.
Qeyd edək ki, B. Ələkbərov 2023-cü ildə, 36 yaşı olarkən “general-mayor” ali hərbi rütbəsi alımış və Azərbaycanın ən gənc generalı olmuşdu.
Babək Ələkbərov 24 dekabr 1987-ci il ildə Abşeron rayonunda anadan olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...