Süni intellektdən ən çox və ən az istifadə edən ölkələr – Azərbaycan son sıralarda
Yeniavaz.com xəbər verir ki, bu göstərici qlobal süni intellekt alətlərinin veb-trafik statistikasında Azərbaycanın payının 0 faiz təşkil etdiyini göstərir.
Qeyd edək ki, “Aitools” tərəfindən hazırlanan məlumatlar 10 500-dən çox süni intellekt alətinin təhlili əsasında hazırlanıb.
Araşdırmaya əsasən, süni intellekt alətlərindən ən çox istifadə edən ölkələr arasında ABŞ, Hindistan və Braziliya öndədir. İyun ayında ABŞ-dən olan istifadəçilərin süni intellekt alətlərinə 2,56 milyard, Hindistandan 1,03 milyard, Braziliyadan isə 720,26 milyon ziyarəti qeydə alınıb. Almaniya 458,98 milyon, Yaponiya isə 426,66 milyon ziyarətlə ilk beşliyi tamamlayıb.
Dünyada süni intellekt alətlərindən istifadənin 21,4%-i ABŞ-nin payına düşüb. Bu göstərici Hindistan üçün 8,63%, Braziliya üçün 6,01%, Almaniya üçün 3,83%, Yaponiya üçün 3,56% olub.
Ən aşağı göstəricilər isə bir sıra kiçik ölkələrdə qeydə alınıb. Məlumatlara görə, Samoa və Sent-Vinsent və Qrenadinlərdə göstərici sıfır olub. Yəni, bu ölkələrdə süni intellekt alətlərindən istifadə olunmayıb. İyun ayında Dominika və Monakoda 2, San-Tome və Prinsipidə isə cəmi 5 ziyarət qeydə alınıb.
Keçmiş SSRİ ölkələri və Azərbaycanın qonşu ölkələrində süni intellekt alətlərindən istifadə göstəricisi aşağıdakı kimi olub:
Rusiya – 207,01 milyon;
Türkiyə – 206,22 milyon;
Ukrayna – 111,07 milyon;
Belarus – 10,40 milyon;
Özbəkistan – 9,80 milyon;
Litva – 2,08 milyon;
Qazaxıstan – 989,35 min;
Gürcüstan – 553,34 min;
Ermənistan – 467,98 min;
Moldova – 305,66 min;
Latviya – 275,16 min;
Estoniya – 219,12 min;
Azərbaycan – 178,08 min;
Qırğızıstan – 56,72 min;
Tacikistan – 845;
Türkmənistan – 75.
6 dəfə oxundu












