Məhkəməyə verib nə edəcəkdilər?! - Nemət Pənahlıdan Elçibəy ailəsinə cavab

Məhkəməyə verib nə edəcəkdilər?! -  Meydan hərəkatının fəal iştirakçısı Nemət Pənahlının mərhum eks-prezident Əbülfəz Elçibəylə bağlı səsləndirdiyi ittiham qalmaqala səbəb olub. Nemət Pənahlı iddia edir ki, Əbülfəz Elçibəy 80-ci illərin sonlarında vüsət alan Meydan hərəkatı zamanı toplanmış 10 milyon manatı mənimsəyib. İttihamı rədd edən mərhum eks-prezidentin oğlu Ərturqut Əliyev Nemət Pənahlını məhkəməyə verəcəyini bildirib. Lakin o, sonradan fikrini dəyişib.

Ərturqut Əliyev Modern.az-a açıqlamasında Nemət Pənahlını məhkəməyə verməkdən vaz keçdiyini bildirib.

"Onu məhkəməyə verməkdən vaz keçdim. Buna dəyməz. Ailəmlə məsələni müzakirə edib məsləhətləşdim. Qərara gəldik ki, belə bir addım atmağa lüzum yoxdur",- deyə o qeyd edib.

Nemət Pənahlı da məsələyə münasibət bildirib.

O, Modern.az-a deyib ki, qarşı tərəf məhkəməyə müraciət etsəydi belə, heç nə qazanmayacaqdı:

"Əbülfəz bəy prezident olanda məni məhkəməyə vermişdilər və onun acı nəticələrini görmüşdülər. İndi məni məhkəməyə verib nə edəcəkdilər ki?! Mən öz bildiyim informasiyanı deyirəm. O zaman məni guya prezidentin şərəf və ləyaqətini alçatdığıma görə məhkəməyə verdilər. Həbsdə zəhərləyib öldürmək istədilər. Ancaq özləri pis vəziyyətdə qaldılar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...