İsmayıllıda toyda 31 nəfər zəhərləndi
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, hadisə ilə bağlı AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib.
24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Vəziyyətləri yaxşı olan zərərçəkənlər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Agentliyin əməkdaşları nümunələr götürərək müayinələrə başlayıb, araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı 31 nəfər (23 qadın, 8 kişi) 20.08.2026-cı il tarixində saat 15:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar.
8 dəfə oxundu











