Xalq artisti Şükufə Yusupovanı maşın vurub, reanimasiyadadır

Xalq artisti Şükufə Yusupovanı maşın vurub, reanimasiyadadır Dünən saat 18:44 radələrində 1954-cü il təvəllüdlü şəxs (Şükufə Yusupova - red.) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

***

13:58

Xalq artisti Şükufə Yusupovanın qəzaya düşməsinin təfərrüatı məlum olub.

Bu barədə APA-ya onun bacısı oğlu məlumat verib.

Bildirilib ki, dünən "İçərişəhər" metrostansiyasının yaxınlığında piyada keçidindən keçərkən Şükufə Yusupovanı maşın vurub.

Hadisə nəticəsində onun qabırğaları, çanaq sümüyü sınıb, öd kisəsi zədələnib.

Hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir.


***

13:41

Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol qəzasına düşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Xalq artisti Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...