Əməkdar jurnalist vəfat etdi

Əməkdar jurnalist vəfat etdiƏməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) uzun sürən xəstəlikdən sonra vəfat edib.
GUNDEMİNFO xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
Məlumata görə, Nurani ilə vida mərasimi bu gün saat 12:00-da Təzə Pir Məscidində keçiriləcək, 13:00-da “Yasamal” qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Xatırladaq ki, Nurani 1992-ci ildən jurnalistika fəaliyyətinə başlayaraq “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində içləyib. O, həmçinin “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri olub. Son illərdə isə Minval.az, "Minval Politika" xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi. 2020-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
8 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...