Dənizdə daha 2 nəfər batdı - Foto

Dənizdə daha 2 nəfər batdı - FotoBakıda dənizdə iki nəfər boğularaq ölüb.

“GUNDEMİNFO” Unikal.az-a istinadən xəbər verir ki, bu barədə mərhumların yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Hadisənin avqustun 22-də paytaxtda yerləşən çimərliklərin birində baş verdiyi bildirilib.

Şəkinin Baş Layısqı kənd sakinləri olan 26 yaşlı İntiqam Məmmədov və 20 yaşlı Nihat Səlimov dənizdə boğularaq həyatlarını itiriblər.

Hər iki gəncin meyiti sudan çıxarılıb və onlar kəndlərində dəfn edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...