Türkiyə PA-dan Azərbaycanla bağlı dezinformasiya - Xəbərdarlığı
“Gundeminfo” xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsinin məlumatında deyilir.
“Sarsılmaz tarixi və ortaq dəyərlərlə bir-birinə sıx bağlı olan Türkiyə və Azərbaycan sadəcə bu gün deyil, keçmişdə də dəfələrlə qarşılaşdıqları sınaqlardan uğurla çıxıblar. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ikitərəfli münasibətlər bütün səviyyələrdə “Bir Millət, İki Dövlət” şüarı altında həyata keçirilir.
Biz ictimaiyyətin bu qardaşlığa zərər verə biləcək həddini aşan sözlərə, dezinformasiyalara və qara piar fəaliyyətlərinə qarşı daha həssas olması, kritik məsələlərdə Türkiyə və Azərbaycanın rəsmi qurumlarının açıqlamalarını nəzərə alması vacib hesab olunur”, - məlumatda qeyd olunur.
8 dəfə oxundu










