“Araş”la Naxçıvanı dağıtdıq: bu, xəbərdarlıq idi - SEPAH

“Araş”la Naxçıvanı dağıtdıq: bu, xəbərdarlıq idi -  İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət gəlir.

Gundeminfo.com xəbər verir ki, İran XİN rəhbərinin müavini Qəribabadi az öncə mediaya canlı açıqlamasında hadisənin araşdırılmalı olduğunu deyib və “İranın düşmənlərinə hərbi bazaların yerləşdirilməsi üçün öz ərazilərini verməyən ölkələrə” hücum edilmədiyini əminliklə vurğulayıb.

İran İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan Teleqram kanalları, o cümlədən “SEPAH Pasdaran” və “Bisimçi” isə məlumatı bu cür paylaşıb:

“Naxçıvan hava limanına – xüsusilə də sionist rejim və ABŞ zabitlərinin ölkəmizin infrastrukturuna hücumları planlaşdırdığı və idarə etdiyi hissəyə – hücum həyata keçirən PUA “Araş-2” olub və həmin məntəqə (aeroport – red.) darmadağın edilib. Düşmən bunu özü görür və bilməlidir ki, İran heç kimlə nə zarafat edir, nə də güzəştə gedir. Bu aparat 120 kiloqramlıq döyüş başlığına və çox yüksək məhvetmə gücünə malikdir və ordunun quru qoşunları tərəfindən istifadə olunur. Bu isə Bakının muzdlu və xəyanətkar rejiminə verilən sadəcə bir xəbərdarlıq zərbəsi idi”.

Göründüyü kimi, SEPAH-a bağlı kanallar Azərbaycanın ünvanına təhdidlər-təhqirlər yağdırır və hücumun qəsdən edildiyini bildirir.

Qeyd edək ki, Naxçıvan aeroportuna edilən hücum zamanı terminal və uçuş-eniş zolağı zədələnib, yaxınlıqdakı orta məktəbə ciddi ziyan dəyib, ümumilikdə 4 nəfər xəsarət alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...