Sahil Babayev Tahir Mirkişilidən 124 minə 282 ədəd katric alır
"Gundeminfo" Yeniavaz-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyində yaradılan mərkəzləşdirilmiş printer sistemi üçün 2026-cı il üzrə katriclərin satın alınması ilə bağlı keçirilən tenderin qalibi “Ultra Technologies” MMC (VÖEN –4600021491) olub.
Nazirlik satın alacağı 282 ədəd katric üçün “Ultra Technologies” MMC-yə 123 min 784 manat 17 qəpik (bir ədədi 439 manat) ödəyəcək.
Məlumat üşün bildirək ki, nizamnamə kapitalı 1000 manat olan “Ultra Technologies” MMC 2000-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci MKR, ev. 45V, m. 48-də yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədzadə Zaur Arif oğludur.
Onu da bildirək ki, “Ultra Technologies” MMC-nin adı 2016-cı ilin fevral ayına kimi “Ultra Computers” Firması olub.
Onu da bildirək ki, 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilən Tahir Mirkişilinin tərcümeyi halında göstərilir ki, o, 2000–2011-ci illərdə “Ultra Computers” MMC-də mühəndis və direktor vəzifələrində işləyib.
115 dəfə oxundu










