"Sədərək Yusifin" qardaşı oğlu bloqqer xanımı döyüb videoya çəkdi - Xanım blogger müraciət yaydı

Gundeminfo.az xəbər verir ki, Fidan adlı xanım iddia edir ki, onu 2 saata qədər döyüblər. Daha sonra blogger iddia edir ki, ona qarşı silahla təhdid edilib və ondan tələb ediblər ki, Dövlət Başçısının, nazirlərin, polislərin ünvanına nalayiq ifadələr işlətsin. Blogger iddia edir ki, onu döyərək məcbur ediblər ki, gülə-gülə danış ki, hər kəs spirtli içkinin təsiri altında olduğunu zənn etsin.
"Mənim telefonumdan bütün məlumatları silib, telefonumu format etdilər. Mən Cənab Prezidentimizdən, Cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, bu adamların cəzalandırılması təmin olunsun. Əgər bir tədbir görülməsə öözümə qəsd edəcəm. Çünki, bu belə qala bilməz" deyə Blogger Fidan müraciətinin sonunda qeyd edib.
Qeyd edək ki, xanım bloggerin iddia etdiyi video hələlik sosial şəbəkələrdə yayımlanmayıb. Xanım bloggerin iddiaları ilə bağlı GUNDEMİNFO.AZ olaraq "Sədərək" Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin qardaşı oğlu İlham Qədimbəylinin də münasibətini öyrənməyə hazırıq.
VİDEO AZ SONRA GUNDEMİNFO TV Youtube kanalımızda yayımlanacaq və yazıya əlavə olunacaq.
Bizi izləyin!
923 dəfə oxundu