“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? – ŞİKAYƏT

“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? –
“Kontakt Home” və “İrşad Electronics” mağazalar şəbəkəsinin qazilərə və şəhid ailələrinə kreditə məhsul vermədiyi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Yenicag.az-a şikayətlərini səsləndirən ittihamçılar sözügedən şəbəkələrdə problemlə qarşılaşdıqlarını və onlara kredit ayrılmadıqlarını iddia edirlər.

Məsələ ətrafında sözügedən şəbəkələrlə əlaqə saxlayıb ətraflı məlumatı oxuculara təqdim edəcəyik.

***

Yenicag.az sözügedən iddialarla bağlı “İrşad Electronics” və “Kontak Home”la əlaqə saxlayıb.

Belə ki, “Kontakt Home” mağazalar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmova həmin ittihama cavab olaraq bildirib ki, qazilər də daxil olmaqla, hər bir Azərbaycan vətəndaşına illərdir kredit ayrılır.

“Bu kimi ayrı-seçkiliyimiz yoxdur. “Kontakt Home” Azərbaycanda çox asan və rahat şərtlərlə, tək şəxsiyyət vəsiqəsi ilə kredit verən təşkilatdır. Belə ittihamların heç bir əsası yoxdur”, – deyə o bildirib.

“İrşad Electronics” mağazalar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Şəbnəm Hümbətova isə sorğumuza cavab olaraq qeyd edib ki, bu kimi məsələdə qadağa ilə bağlı söhbət ola bilməz:

“Sistemə baxıldıqdan sonra mütəxəssislər tərəfindən gəlir səviyyəsini nəzərə alaraq kreditin kimə verilib-veilməyəcəyi təyin olunur. Bunun əsasında kredit düşməməyi mümkündür. Belə olan halda “qaziyə kredit verilmədi” deyilməsi düzgün deyil. Nə üçün xüsusi olaraq qazilərə belə bir qadağa tətbiq edək? Bu çox ağır ittihamdır. Əksinə olaraq, biz özümüz qaziləri işlə təmin etməyə, onlara daim köməyimizi göstərməyə çalışırıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
92 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...