“Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki...“ - Zaur Mikayılovun “islahat paketi“ daha bir idarədə gərginlik yaradıb

İşsiz qalanlar əsasən idarədə rəhbər vəzifələrdə çalışmış şəxslərdir. Onların iddiasına görə, yeni rəhbərlik onların yerinə rüşvət müqabilində başqa işçilər götürmək istəyir.
AzFakt.com-un məlumatına görə, təhlükəsizlik səbəbilə adının çəkilməsini istəməyən şikayətçilərdən biri "Gündəlik Naxçıvan"a bildirib ki, bu məsələ ilə bağlı yerli Əmək Müfəttişliyinə müraciət etsələr də, nəticə əldə olunmayıb:
"Yeni müdir Samir Baxşəliyev bizi qəbul etmək istəmir. Tələb edir ki, işdən imtina ərizəsi yazaq. Deyir ki, hara istəyirsinizsə, şikayət edin. Əmək Müfəttişliyinə və Həmkarlar İttifaqına müraciət etmişik, amma heç bir nəticəsi yoxdur. Eşitdiyimizə görə, bizim yerimizə rüşvət qarşılığında adam axtarırlar. Biz hamımız ixtisaslı əməkdaşlarıq, illərlə burada işləmişik. İdarəni biz ayaqda saxlamışıq. İşimizə bərpa olunmasaq, nə edəcəyimizi bilmirik. Hamımızın banklara borcu var, haqqımızı tələb edirik".
İdarənin bəzi əməkdaşları isə vəzifələrinin əsassız olaraq aşağı salındığını bildirirlər: "Heç bir səbəb göstərmədən vəzifəmizi endiriblər. Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki, işdən çıxararıq. Hara müraciət ediriksə, xeyri olmur."
Əmək Müfəttişliyindən "Gündəlik Naxçıvan"a bildirilib ki, işçilərin onlara ərizə ilə müraciət etdiyi təsdiqlənir. Lakin yeni idarə müfəttişliyin bu məsələ ilə bağlı sorğusuna gec cavab verdiyi üçün müraciətlərin araşdırılması hələlik yekunlaşmayıb.
Qeyd edək ki, Naxçıvan Sukanalizasiya İdarəsi ötən ilin sonlarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Bu Agentliyin rəhbəri isə iki qudasını yüksək vzəifəyə təyin edən Zaur Mikayılov rəhbərlik edir.
Z.Mikayılovun təyinatından sonra isə onun və qudalarının kadrları Bakı, Abşeron, Kürdəmir və bir çox ərazilər üzrə idarələrdə tətbiq etdikləri islahat paketi ilə böyük narazılıqlar yaradıblar.
124 dəfə oxundu