“Kontakt Home” qüsurlu malları yeni məhsul kimi satır - FOTO

“Kontakt Home” qüsurlu malları yeni məhsul kimi satır -
“Kontakt Home”la bağlı şikayətlər artmaqda davam edir. Sözügedən mağazalar şəbəkəsində daha bir müştəriyə yararsız və qüsurlu məhsul satılıb.

Gundeminfo.az Tribunainfo.az-a istinadən xəbər verir ki, şikayətçi Almas Kərimov adlı şəxsdir. O bildirib ki, “Kontakt Home”da ona yeni adı ilə qüsurlu məhsul satıblar:

“Bu mağazalardan alış-veriş edərkən diqqətli olun! Mən “Kontakt Home” mağazasından təzə velosiped sifariş etmişdim, amma təəssüf ki, qüsurlu məhsul gətirdilər. Ön əyləci qırıq idi və mən dərhal müraciət etdim. Lakin bunu servis gəlib həll edəcək bildirildi. Hətta məhsulu servisə bizim aparmağımızı da deyirdilər, onu da şikayət edərək həll etdik. Bir müddət sonra gəlib məhsulu servisə apardılar, amma indi servis haqqı olaraq 90 manat tələb edirlər! Yəni qüsurlu məhsul göndərib, sonra da müştəridən yeni məhsulun təmiri üçün pul istəyirlər! Bu, istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır! Qüsurlu gətirilən məhsul pulsuz təmir olunmalıdır və ya dəyişdirilməlidir! Satıcı öz məsuliyyətini müştərinin üzərinə ata bilməz!‼️
“Kontakt Home” bu məsələni ədalətli həll etməsə, biz də haqlı olduğumuzu hər yerdə bildirəcəyik”.

Qeyd edək ki, “Kontakt Home”un sahibi keçmiş deputat Elnur Allahverdiyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.


“Kontakt Home” qüsurlu malları yeni məhsul kimi satır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
101 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...