Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Ağacların “Avant Group” MTK tərəfindən kəsildiyi və təbiətə 100 min manatdan çox ziyan vurulduğu müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər və prokurorluq orqanlarına göndərilib.
Yenisabah.az hadisənin səbəbkarı olan "Avant Group"la bağlı bəzi faktları üzə çıxarıb. Məlum olub ki, MTK 07.05.2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 100 min manat olan şirkətin direktorlar şurasının sədri Əli Hüseynovdur. MTK 2020-2022-ci illərdə 2 dəfə adını dəyişdirib. 2020-ci ilin dekabr ayına qədər MTK-nın adı "Güvən", 2021-ci ilin oktyabr ayına qədər isə "Beynəlxalq İnkişaf Qrupu" olub.
Şirkətin ictimaiyyətə təqdim etməyə çalışdığı imici ilə əməlləri qətiyyən üst-üstə düşmür. Rəsmi saytında təbiətin qorunmasını başlıca dəyər kimi qəbul etdiyini iddia edən və “planetimizi qorumaq üçün yaşıl enerjidən istifadəni təşviq edirik” devizi ilə çıxış edən “Avant Group”, faktiki olaraq Yasamal rayonu ərazisində ağaclara qənim kəsilib və təbiətə 100 min manatlıq ziyan vurub. Şirkət sözün əsl mənasında yaşıllıqları məhv edərək, “yaşıllıqlarla zəngin” yaşayış kompleksləri tikməklə məşğuldur.
Ümumən bu “Avant Group”la bağlı ilk belə şikayət deyil. Daha öncə, 2023-cü ildə vətəndaş Hüseynzadə Vüsalə Vaqif qızı tərəfindən məhkəməyə verilib. Səbəb isə vətəndaşla “Avant Group” arasında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olub. Bir çox media resurslarında dərc olunan xəbərlərə görə, şirkət ölkədən külli miqdarda pul çıxarmaqda da günahlandırılıb.
41 dəfə oxundu