Ramilə Seyidova 100 min manatlıq lüks avtomobil alır - Naxçıvanda məmurlar mütləq bahalı avtomobildə gəzməlidir?

Ramilə Seyidova 100 min manatlıq lüks avtomobil alır -
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəqliyyat vasitəsinin satın alınması ilə bağlı tender keçirib. Tenderin qalibi “YENİMOTOR” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Satınalma müqaviləsinin ümumi dəyəri 108.500 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, qalib şirkətin qanuni təmsilçisi Yusif Hüseynov Rafiq oğludur. “YENİMOTOR” MMC-nin nizamnamə kapitalı isə cəmi 100 manatdır.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovadır.32gun.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
110 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...