SOCAR ərazisində qanunsuz tikinti: Binəqədi icra hakimiyyəti göz yumur – VİDEO

SOCAR ərazisində qanunsuz tikinti:
Azərbaycan Respublikası qanunvericiliyinə görə hər hansı bir tikili işləri aparmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Binəqədi rayonu Xocasən qəsəbəsi Çingiz xan küçəsiində “SOCAR”-ın ərazisində qanunsuz tikinti işlərinin aparılması haqda cumhuriyyet.az-a məlumat daxil olub. Verilən məlumata görə sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının lazımi icazəverici sənədləri alınmadığı, tikinti işlərinin aparıldığı ərazinin üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçdiyi, hətta ərazinin ARDNŞ-nin balansında olduğu, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmadığı, ətraf ərazilərə xoşagəlməz səs-küy yayıldığı, yaxın yerlərdə yaşayan sakinlərin narazılıq etdikləri bildirilir. Ətrafda yaşayan sakinlər görülən işlərin tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirildiyini və qanunsuz tikintinin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirlər.

davam edir

Özbaşına tikintidən SOCAR rəhbəri Rövşən Nəcəfin, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun xəbəri var?

Binəqədi RİH-ti başçısı Elxan Allahverdiyev buna niyə göz yumur?

Cumhuriyyet.az





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...