Adnan Əhmədzadənin dostu özünü Karate Federasiyasında vitse-prezident elan etdi- Əslində isə...

Adnan Əhmədzadənin dostu özünü Karate Federasiyasında vitse-prezident elan etdi-
Keçmiş Azərbaycan Kosiki Karate-do Federasiyasının rəhbəri, qara kəmər sahibi, iş adamı Adnan Əhmədzadənin yaxın dostu Rafael Rafiq oğlu Bünyatovun 8 avqust 2025-ci il tarixində Prosport.az saytına müsahibəsində özünü Karate Federasiyasının vitse-prezidenti kimi təqdim edib.

Sitat.info xəbər verir ki, deputat Ülvi Quliyevin prezidenti olduğu Azərbaycan Karate Federasiyasının rəsmi saytında isə Rafael Bünyatovun İdarə Heyətinin üzvü olması ilə bağlı məlumat əksini tapıb. Federasiyanın bir neçə vitse-prezidenti olsa da, Rafael Bünyatovun adı onların arasında yoxdur.

Adnan Əhmədzadənin dostu özünü Karate Federasiyasında vitse-prezident elan etdi-


Qeyd edək ki, ötən ay Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin köməkçisi Vüsal Abdullazadə də mətbuata açıqlamasında bildirmişdi ki, Rafael Bünyatov hazırda Azərbaycan Karate Federasiyasının üzvüdür. Bəs belə olduğu halda R.Bünyatov necə özünü vitse-prezident adlandırır.

Vaxtilə rəhbərlik etdiyi Azərbaycan Kosiki Karate-do Federasiyasının Karate Federasiyasına birləşdirilməsinə görə, deputat Ülvi Quliyevlə problem yaşayan Rəfael Bünyatovun bu açıqlama ilə vermək istədiyi mesaj nədir?

Adnan Əhmədzadənin dostu özünü Karate Federasiyasında vitse-prezident elan etdi-


Xatırladaq ki, Rəfael Bünyatov iş adamı Adnan Əhmədzadənin yaxın dostu kimi tanınır. Sonuncu müsahibəsində də bu dostluq haqqında danışaraq, "Adnan Əhmədzadə mənə doğma qardaş kimidir" ifadəsini işlədib.

Onların münasibətləri təkcə dostluq-qardaşlıqla bitmir. Adnan Əhmədzadənin ASTA (Azerbaijan Sport Talents Academy) Akademiyasına və Barselona futbol akademiyasına Rəfael Bünyatov rəhbərlik edir və bütün işlərin əsas icraçısıdır. Eyni zamanda Adnan Əhmədzadənin sponsorluq etdiyi "Mingəçevir" klubunun sahibidir.

Adnan Əhmədzadənin yaxın dostunun təyin olunmadığı bir vəzifəni öz adına çıxarması isə hər halda təsadüfi və ya mexaniki bir səhv deyil.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
33 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...