Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb - Şok DETALLAR
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıqov Türkiyə xüsusi xidmət orqanları tərəfindən dindirilib.
Gundeminfo.az Musavat.com-a istiandən xəbər verir ki, bu barədə nüfuzlu "Middle East Eye" qəzetinin müxbiri Ragıp Soylu diplomatik mənbələrə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, 44 günlük müharibə dövründə Ankara təkcə Azərbaycana döyüş dronları, radioelektron mübarizə sistemləri və kəşfiyyat avadanlıqları təmin etməyib. Eyni zamanda, Türkiyə rəsmiləri Azərbaycan ordusunda Rusiya tərəfdarı şəxslərin müəyyənləşdirilməsində iştirak ediblər.
“Bu “ünsürlərdən” biri də rusiyayönlü simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıqov olub. Vəziyyətlə tanış olan mənbənin MEE-yə verdiyi məlumata görə, müharibə günlərində Türkiyə hakimiyyəti onun deportasiyasını təşkil edib, dindirmək üçün Türkiyəyə aparıb və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verib”, – deyə Ragıp Soylu yazır.
34 dəfə oxundu