Bakı Şəhər İcra Hakimiyyətinin şousu - Kim kimi aldatdı?

Bakı Şəhər İcra Hakimiyyətinin şousu -
Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Zeyd” restoranının piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt etməsi barədə xəbər vermişdik.

Bu ilin əvvəlində adı çəkilən restoranın yerləşdiyi binanın sakinləri Musavat.com-a müraciət edərək şikayətlərini bildirmişdilər.

Sakinlər qeyd edirdilər ki, restoranın səkini zəbt etməsi həm piyadaların hərəkətində çətinlik yaradır, həm də səs-küy bina sakinlərini narahat edir.

Bu müraciət dərc edildikdən bir neçə saat sonra Bakı Şəhər İcra Hakimiyyətindən saytımıza bildirildi ki, sakinlərin şikayətləri əsasında sözügedən ünvanda Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti və Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən səki zəbtinin qarşısı alınıb.

Həmçinin əraziyə yığılan konstruksiyaların daşındığını, ərazinin təmizləndiyini əks etdirən fotoları da icra hakimiyyəti paylaşmışdı.
Bakı Şəhər İcra Hakimiyyətinin şousu -
Bakı Şəhər İcra Hakimiyyətinin şousu -


Bəs sonra nə dəyişdi?

Sakinlər yenidən Musavat.com-a müraciət edərək obyektin səkinin əsas hissəsini zəbt edərək fəaliyyətini tam şəkildə bərpa etdiyini bildirirlər.

Bir neçə saatlıq şou kimə lazım idi? Kim kimi aldatdı? Bakı Şəhər İcra Hakimiyyəti ictimaiyyəti aldatdı, yoxsa restoran sahibi Bakı Şəhər İcra Hakimiyyətini?

Bakı Şəhər İcra Hakimiyyətinin şousu -
Bakı Şəhər İcra Hakimiyyətinin şousu -
Bakı Şəhər İcra Hakimiyyətinin şousu -
Bakı Şəhər İcra Hakimiyyətinin şousu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...