Əlyazmalar İnstitutunda narazılıq: Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?

Xalq-a daxil olan məlumata görə İnstitutun baş direktoru akademik Teymur Kərimlinin son aylar atdığı addımlar bir çox işçilərin narazılığına səbəb olub.
Belə ki, institun işçiləri Teymur Kərimlinin bir neçə nəfərin təsir dairəsinə düşdüyünü və onların sözü ilə oturub durduğunu iddia edirlər. Məlumata görə Əlyazmalar İnstitutu faktiki olaraq baş mühasib Leyla Cavadova, Həmkarlar İttifaqının sədri Samirə Əliyeva və dosent Nigar Babaxanlı tərəfindən idarə olunur. Teymur Kərimli Əlyazmalar İnstitutu ilə bağlı bütün qərarları bu üç xanımla məsləhətləşir. Məlumata görə vəziyyət hətta o yerə çatıb ki, bir çox işçilər baş verənlərlə bağlı Elmlər Akademiyasının rəhbərliyinə şikayət ediblər. Narazılığa baxmayaraq hələki Teymur Kərimli baş verənlərə layqed yanaşaraq, Əlyazmalar İnstitutunu bu üç xanımın vasitəsilə idarə etməkdə qərarlıdır. İnstitut dəhlizlərində gəzən söhbətlərə görə Teymur Kərimli özündən sonra direktorluq vəzifəsinə dosent Nigar Babaxanlının təyin edilməsini istəyir. Bunun üçün isə yaxın vaxtlarda Babaxanlının direktor müavini təyin ediləcəyi gözlənilir. İşçilər Akademikin Nigar Babaxanlını varis kimi görməsinin səbəbini isə onun anası Gülbəniz Babaxanlının Teymur Kərimli üzərində söz sahibi olması ilə əlaqələndirirlər. Nigar Babaxanlı artıq Əlyazmalar İnstitunda özünə yeni komanda da formalaşdırıb və direktor müavini vəzifəsini səbirsizliklə gözləyir. Bildirək ki, Nigar Babaxanlı hazırda Əlyazmalar İnstitutunda şöbə müdiri vəzifəsini tutur.(Xalq.online)
71 dəfə oxundu