308 saylı məktəbdə qalmaqal: Direktor işdən çıxarıldı, amma məsuliyyətə cəlb olunmadı – Valideynlər Təhsil Nazirliyinə müraciət edir

Məlumatda bildirilir ki, məktəbin direktoru işindən kənarlaşdırılsa da, məsuliyyətə cəlb edilməyib. Valideynlər iddia edirlər ki, məsələ “ört-basdır” edilərək tezliklə direktor işdən çıxarılıb ki, daha dərin faktlar üzə çıxmasın.
Şikayətlərdə xüsusi olaraq qeyd olunur ki, təlim-tərbiyə işləri üzrə direktor müavini Nərgiz Abdullayeva Bəxtiyar qızı da valideynləri təkrar-təkrar pul verməyə məcbur edib. “Valideynləri hər dəfə soyublar, uşaqlardan rəsmi olmayan ödənişlər yığılıb. Pul verməyən valideynlərin isə uşaqlarını alçaldıblar. Hətta atestatını ala bilməyən valideyn var – pulu ödəmədiyi üçün övladının sənədini verməyiblər”, – deyə müraciətdə vurğulanır.
Valideynlərin sözlərinə görə, direktor işlədiyi dövrdə məktəbi şəxsi mülkü kimi idarə edib, toplanan pulları da “paylayıb”. Onlar Təhsil Nazirliyindən məsələ ilə bağlı rəsmi araşdırma aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edirlər.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini təqdim edirik:
24.09.2025 tarixində haqqımda paylaşılan məqalə ilə bağlı demək istəyirəm ki, mənimlə bağlı bu yanlış xəbərləri paylaşan valideynin övladı 2024-2025 tədris ilində bir gün belə dərsə gəlmədiyi üçün tam orta təhsil haqqında attestat almamışdır. Məktəb tərəfindən bununla bağlı polisə, BŞTİ-nə və digər dövlət qurumlarına rəsmi məlumat verilib. Valideyn övladı attestat almadığı üçün şər-böhtan xarakterli məlumatları sosial şəbəkələrdə yaymaqla mənim nüfuzuma xələl gətirməyə çalışır. Lakin bu məsələ BŞTİ tərəfindən araşdırılıb və vətəndaşa rəsmi məktub göndəriblər ki məktəb rəhbərliyinin və müəllimlərin işində heç bir qanun pozuntusu yoxdur. Həmin məktub hal-hazırda həmin valideyndə mövcuddur. Məktubu sizə təqdim edəcəyəm. Bir çox səhifələrə də müraciət edilib paylaşılmışdı, lakin əsassızlığını sübut etdiyim üçün silinmişdir. Sizdən də yazdığınız məqaləni təkzib etməyinizi xahiş edirəm.
240 dəfə oxundu










