Suraxanıda daha bir qanunsuz tikinti - yer qalmayıb indi də magistral rabitə xətlərinin üstünü satırlar?

Suraxanıda daha bir qanunsuz tikinti -
Suraxanı rayonunda daha bir qanunsuz tikinti işi həyata keçirilir. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən Suraxanı rayonu Əmircan qəsəbəsi 114 nömrəli məktəbin arxasında, Elxan Həsənov küçəsində qanunsuz tikinti işləri həyata keçirilir.

Ərazidə magistral rabitə xətlərinin keçməsinə baxmayaraq Rayon İcra Hakimiyyəti qanunsuz tikintiyə müdaxilə etmir. Yerli sakinlərin Gundeminfo.az-a verdikləri məlumata əsasən tikinti işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də (ARXKOM) məlumatı var. Komitədən bildiriblər ki, heç bir tikinti icazəsi olmadan rabitə xətləri üzərində aparılan obyekt tikintisi ilə bağlı xəbərdarlıq edilib. Bununla bağlı müvafiq yerli icra hakimiyyətinə də məlumat verilib. Lakin nədənsə Suraxanı Rayon İcra Hakimiyyəti tikintinin aparılması ilə bağlı heç bir addım atmayıb.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Gundeminfo.az-a təqdim edilən tikinti işləri ilə bağlı görüntüləri təqdim edirik:




Suraxanıda daha bir qanunsuz tikinti -
Suraxanıda daha bir qanunsuz tikinti -
Suraxanıda daha bir qanunsuz tikinti -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
211 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...