KATV internet xidməti Yasamal və Abşeronda vətəndaşları dayandırılıb - Qaynar xəttə belə zəng etmək mümkün deyil

Ən maraqlısı isə odur ki, abunəçilər yaranan nasazlıqlar barədə məlumat vermək üçün şirkətin 127 və (012) 310 01 27 nömrələrinə zəng etdikdə ümumiyyətlə əlaqə saxlaya bilmirlər. Zəng zamanı səs siqnalı gəlmədən xətt dərhal kəsilir.
Vətəndaşlar bunu açıq şəkildə istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirərək sual edirlər:
“Əgər müştəri qaynar xəttə belə zəng edə bilmirsə, bu, vətəndaşın hüquqlarının tapdalanması deyil, bəs nədir?”
Hazırda həm Yasamal, həm də Abşeron sakinləri problemin uzun müddətdir davam etdiyini bildirir və aidiyyəti qurumlardan məsələyə müdaxilə olunmasını tələb edirlər.
Bakunews.az məsələ ilə bağlı KATV rəhbərliyinin və aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.
10 dəfə oxundu