Emin Əmrullayevlə bağlı müdhiş plan: nazir görün necə yola salınır...

Emin Əmrullayevlə bağlı müdhiş plan:  Elm və təhsil naziri Emin Əmrullayevin başının üzərində “qara buludlar” dolaşır. Onun yaxın iki ay ərzində karyerası ilə vidalaşacağı iddia olunur. Elm və təhsil nazirliyindəki səs-küylü istefaların da bununla bağlı olduğu bildirilir.

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu il oktyabr ayının 1-də öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Elə həmin gün Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov da könüllü şəkildə işdən çıxıb.

Son günlər isə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi barədə məlumat yayılıb. Bağırovun Bakının rayonlarından birinə icra başçısı təyin ediləcəyi gözlənilir.

MİA.az bu mövzuda sensasiya sayılacaq məlumatlar əldə edib.

Hakimiyyətdəki çox mötəbər mənbələrdən biri saytımıza bildirib ki, Eşqi Bağırovdan sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Təhsil İnstitutunun direktoru Elnur Əliyev də yola salınacaq.

Məlumatlı şəxs Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən iri qurumların rəhbər şəxslərinin bir-birinin ardınca yola salınmasının əsl səbəbinə aydınlıq gətirib. Onun sözlərinə görə, bu dəyişikliklər nazir Emin Əmrullayevin arzusu və iradəsi ilə baş vermir. Əksinə, Əmrullayev ən etibarlı kadrlarını yola salmağa məcbur edilir: “Hazırda Emin Əmrullayevin ətrafında “budama əməliyyatı” aparılır. Sonda növbə onun özünə çatacaq. Əmrullayevi əvəzləyəcək şəxsin kimliyi də artıq məlumdur. Ona öz adamlarını səs-küysüz yola salmaq tövsiyə olunub. Yeni nazir fəaliyyətə kütləvi kadr dəyişiklikləri ilə başlamaq istəmir”.

Sonda mənbə deyib ki, bu ilin sonuna kimi Emin Əmrullayevin vəzifədən azad olunmasına dair sərəncam elan olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...