"Ət mafiyası"nın yeni oyunu - "Broker Əbülfəz" yenidən baş rolda

"Ət mafiyası"nın yeni oyunu - Son günlər AQTA-nın ət satışı dükanlarında yoxlama aparması, ətin bahalaşması, ölkədə dabaq xəstəliyinin yayılması xəbərləri ətrafında qızğın müzakirələr gedir. Narazılıq, habelə fərqli yanaşmalar mövcuddur və bu başadüşüləndir.

Gundem.info.az xəbər verir ki, bu barədə jurnalist Fikrət Fərəməzoğlu sosial şəbəkə statusunda paylaşım edib.
O daha sonra qeyd edib:

- Bu barədə qısa bir xəbər paylaşım. Ümid edirəm ki, vəziyyət sizə tam aydın olacaq.
- Ölkəyə külli miqdarda buzlu ət gətirildiyi dəqiqdir. Bu illərdir davam edən prosesdir. Əsasən Monqolustan və Ukraynadan bu əti gətirirlər. Son bir neçə ayda Qazaxıstan və Qırğızısatan da ət gətirilməsinə start verilib.
- Ölkədə dabaq xəstəliyinin yayılmasının əsas səbəbi Gürcüstandan gətirilən diri heyvanlardan bu xəstəliyin keçməsidir. AQTA məsələdən xəbərdardır. Amma dərinə gedə bilmir. Çünki həmin heyvanların sağlam olmasına dair icazəni verən qurumlardan biridir. Yəni, öz zibilinin üstünü açmaq istəmir.
- Son bir ildə Qəbələ və Gəncəyə Rusiyadan 10 min baş ətlik iri buynuzlu mal gətirilib. Həmin heyvanlar hazırda Azərbaycan iqliminə uyğunlaşdırılır. Adaptasiya prosesindən sonra iri heyvandarlıq təsərrüfatının yaradılmasına start veriləcək. Hazırda Rusiyadan heyvan gətirilməsi prosesi davam edir.
- Azərbaycana diri heyvanın gətirilməsi prosesinə "Broker Əbülfəz" adılı Əbülfəz Məlikov nəzarət edib. FHN şefi Kəmaləddin Heydərovun ən yaxın adamlarından biri olan bu şəxs bir ara həbs olunmuşdu. Güman ki, yenə də həmin missiya ondadır.
- AQTA-nın yoxlamaları təkcə buzlu ət məsələsi ilə bağlı deyil. Həm də ölkəyə xaricdən gətirilən diri heyvan biznesində olanların "əlini gücləndirmək"dir.
- Çox güman ki, bu, heyvandarlıq sahəsinin də monopoliyasını yaratmaq üçün atılan ilkin addımlardır. Bir müddətdən sonra kiçik fermerlər ya rəqabətə duruş gətirə bilməyəcəklər, ya da bir şəkildə "oyundan" çıxarılacaqlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
26 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...