Ölümə səbəb olan Gömrük əməkdaşı Mirzə Sadıqov kimdir? - İLGİNC

Ölümə səbəb olan Gömrük əməkdaşı Mirzə Sadıqov kimdir? -Xəbər verilidiyi ki, Bakının Nəsimi rayonunda avtomobil qarajında baş verən insident faciə ilə nəticələnib.

Ailənin iddiasına görə, Dövlət Gömrük Komitəsinin polkovniki Mirzə Sadıqovla qonşuları arasında yaranan mübahisə nəticəsində bir nəfər, 63 yaşlı şəxs (ailə başçısı) dünyasını dəyişib.

Hadisə oktyabrın 9-da yaşayış kompleksinin qarajında qeydə alınıb. Zərərçəkən tərəf bildirib ki, Mirzə Sadıqov qardaşlarından birinə fiziki zor tətbiq edib, yaranan gərginlik və təhqirlər nəticəsində ailə başçısı infarkt keçirib. Məsələ hazırda Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırılır, hadisə ilə bağlı ekspertizalar təyin olunub.

Bizimxeber.org bildirir ki, redaksiyamıza daxil olan məlumata görə, insidentdə adı hallanan Mirzə Sadıqov hazırda Dövlət Gömrük Komitəsinin Sumqayıt-Xocasən terminalında yük inspektoru vəzifəsində çalışır.

Mənbələrin bildirdiyinə görə, Mirzə Sadıqov xidməti səlahiyyətlərindən sui-istifadə, vətəndaşlara qarşı kobud rəftar və qanun pozuntuları ilə dəfələrlə gündəmdə olub. Onun sahibkarlara qarşı təzyiq göstərməsi, terminalda yük sahiblərindən qeyri-rəsmi ödənişlər tələb etməsi barədə də şikayətlər mövcuddur.

İddialara əsasən, bu dəfə Sadıqov daha ağır hadisə ilə - bir nəfərin ölümünə səbəb olmaqda ittiham olunur. Ailə hadisənin obyektiv araşdırılmasını və Mirzə Sadıqovun məsuliyyətə cəlb edilməsini tələb edir.

Beləliklə, Gömrük Komitəsinin sədri Şahin Bağırovun rəhbərlik etdiyi qurumda çalışan bəzi əməkdaşlar nəinki xidmətdə, hətta şəxsi münasibətlərdə də kobud davranışları ilə seçilirlər. Belə şəxslər vəzifədə qazandıqları imkanlarla o qədər harınlaşıblar ki, ətrafdakı hər kəsi zəif və gücsüz hesab edirlər.

Yəqin ki, aidiyyəti dövlət qurumları bu hadisəyə hüquqi qiymət verəcək və Mirzə Sadıqov kimi şəxslərin əməllərinə son qoyacaq. Nəticədə həm sahibkarlar, həm də vətəndaşlar belə davranışlardan dincələcək.(Bizimxeber.org)


https://teref.net/manset/396181-olume-sebeb-olan-gomruk-emekdasi-mirze-sadiqov-kimdir-ilginc.html




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...