Regional Kollecdə Tərlan Qayıbova və Sevda Qarayeva səltənətinə son qoyulmalıdır – Müəllimlərdən kəskin etiraz
Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə çalışan bir qrup müəllim yenidən narazılıq səslərini qaldırıb. Onların iddialarına görə, təhsil müəssisəsində illərdir hökm sürən Tərlan Qayıbova və Sevda Qarayeva tandemi kollektiv üzərində təzyiq və qorxu mühiti yaradıb.Müəllimlərin “Bakunews.az”a göndərdiyi müraciətdə bildirilir ki, onlara qarşı müxtəlif formalarda psixoloji təzyiqlər göstərilir, ədalətsiz qiymətləndirmə və tədris bölgüsü həyata keçirilir:
“Kollecdə Tərlan Qayıbova və Sevda Qarayeva istədikləri kimi davranır, kimin dərs yükü olacaq, kimin isə işdən uzaqlaşdırılacağına özləri qərar verir. Müəllimlərə çatdırılan sərt tapşırıqların guya Xoşqədəm Xudiyevanın göstərişi ilə verildiyi bildirilir. Lakin bu göstərişlərin nə dərəcədə əsaslı olduğu müəmmalıdır.” – müraciətdə qeyd olunur.
Müəllimlərin sözlərinə görə, artıq yaranmış vəziyyət o həddə çatıb ki, bəzi əməkdaşlar psixoloji gərginlik səbəbindən işdən uzaqlaşmaq və ya intihara cəhd etmək kimi addımlar atıblar.
Kollec rəhbərliyi və Gəncə Dövlət Universiteti tərəfindən isə hələlik məsələyə rəsmi münasibət bildirilməyib. Müəllimlər isə Təhsil naziri Emin Əmrullayevdən və aidiyyəti qurumlardan bu vəziyyətə son qoyulmasını tələb edirlər.
2 dəfə oxundu














