Bakıdakı “Üzüm“ restoranının səsi sakinlərin rahatlığını pozur - ŞİKAYƏT/VİDEO

Bakıdakı “Üzüm“ restoranının səsi sakinlərin rahatlığını pozur - Paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti, 39 ünvanında yerləşən restoran sakinlərin rahatlığını pozur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, gecə boyunca restoranda yüksək musiqi səsləndirilir. Onların sözlərinə görə, yaxınlıqda yerləşən "Üzüm" restoranında gecə saatlarında səsləndirilən yüksək musiqi onlara rahatlıq vermir.

Restoranın adminstratoru Rəmzi Allahyarov də iaşə obyektində 23:30-a kimi musiqi səsləndirildiyini təsdiqlədi. Amma o, səsin normadan çox olması şikayəti ilə razılaşmır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, restoranda səs-küy olması ilə bağlı sakinlərin müraciətinə uyğun olaraq müvafiq tədbirlər görülür.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...