11 saylı RMTM-də rüşvət qalmaqalı: Ramik Əşrəfova qarşı səslənən iddialar həqiqətdirmi?
Son iilər ölkədə rüşvətxorluğa qarşı aparılan amansız mübarizə sözün əsl mənasında bir çox sahələrdə şəffavlığı təmin etdi. Bütün sahələri cənginə alan rüşvət, elə bir mərhələyə çatmışdır ki, onu sözlə ifadə etmək belə çətin idi. Bəli, həbs olunan icra başçıları və digər dövlət məmurlarının əməlləri sübüt edirdi ki, rüşvət və korrupsiya bir "şuar" olaraq başlarının üzərində yellənir...Rüşvətxorluğa qarşı aparılan mübarizə və həbslər bir çoxlarına dərs olmalı, həmən hadisələrdən nəticə çıxaracaqlarını düşünmək olardı. Əfsüslər olsun ki, bəzi məqamlarda biz bunun əksini görürük. Dəmiryumruq.az saytına daxil olan yeni bir məlumatda bildirilir ki, 11 saylı RMTM-də heç də xoş olamayan informasiyalar dolaşır. Belə ki, idarədə işləyən təsərüfat müdri Elşad Mirzəyev vəzifə eşqinə düşdüyü və bunun müqabilində Ekologiya və Təbii Srvətlər Nazirliyinə "səfər" etdiyi iddia olunur. Yəni, konkret desək, E. Mirzəyev Meşələrin İnkişafı xidmətinin rəisi Ramik Əşrəfova minnətçi düşüb.
Bütün imkanlardan istifadə edən təsərüfat müdri 11 saylı RMTM-də direktor kürsünü zəbt etmək üçün 60000 (min) manatdan keçməyi planlaşdırır. Nəzərinizə çatdıraq ki, məlumat redaksiyamıza daxil olduqdan sonra adı hallanan E. Mirzəyevlə bağlı dərin araşdırmalara başladıq. Nəticə etibarı ilə qeyd edə bilərik ki, direktor eşqinə düşüən şəxs ilk öncə Astara Pedaqoji Kollecini, güya ikinci ali təhsili isə Rusiyada, daha dəqiq desək Dərbənd özəl universitetlərində oxuduğu məlum oldu. Təbii ki, fakt olaraq bir necə versiya şübhə doğurdu.
Əvvəla, ilk versiya ondan ibarətdir ki, Rusiyada və digər MDB ölkələrində fəaliyyət göstərən özəl universitetlərin "satdığı" diplomlar heç bir halda tanınmır. İkinci versiya isə ondan ibarətdir ki, Rusiyada təhsil alan şəxs mütləq rus dilindən anlayışlı olmalıdır. Ən azından ölkənin qanunlarına əsasən təhsil rüs dilində keçirildiyi hər bir şəxsə məlumdur.
Eyni ilə də Meşələrin İnkişafı xidmətinin rəisi Ramik Əşrəfovun vəzifə borcudur ki, yuxarıda qeyd etdiyimizin ciddi məlumatların fərqində olsun. Çox güman ki, R. Əşrəfov yuxarı pillələrdən olunan xahişə tez bir zamanda qərar verəcəyi inandırıcı görünmür. Əslində, xidmət rəisi savadlı, məsüliyyətli və işinə hörmətlə yanaşdığı söylənilir. Amma belə bir çirkin oyunda adı hallanmağı heç də xoş olmadı. İnanırıq ki, dövlət qurumları və hüquq mühafizə orqanları məsələni nəzarətə götürüəcək...
Mövzü diqqətimizdədir...
21 dəfə oxundu













