Rafiq Aslanovun oğlu Afiq Aslanov atasının Londonda ona aldığı evi girov qoyub FAKTLAR
GUNDEM.İNFO.AZ xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sənədlərlə birlikdə məlumat paylaşıb.
O daha sonra qeyd edib ki, Aşiq Aslanov avqustun 27-də İngiltərənin MT FINANCE LIMITED şirkətindən yüksək faizlə (10.2 % Avropa üçün yuxarı göstəricidir) 1 il ərzində geri ödəmək şərtilə 235 min 950 funt (530 min manata yaxın) pul götürüb. Bu kredit Egham şəhərindəki 1a Wetton Court (Title No. SY793665) ünvanındakı daşınmaz əmlak üzərində girov (charge) yaradılması ilə təmin edilib.
Bu gün isə dekabrın 2-də isə Londonda Rafiq Aslanovun oğluna məxsus bahalı maşınlar kirayəsi verən PERFOCARS LIMITED şirkəti fəaliyyətini dayandırıb. Bu günlərdə həmçinin Afiq Aslanovun 2016-cı ildən Londonda fəaliyyətdə olan digər şirkəti- G.V.B Ltd., Harrow ilə bağlı “Petitions to Wind Up (Companies)" , yəni şirkəti məcburi şəkildə bağlamaq üçün verilən məhkəmə iddiası qaldırılıb.
Yüksək məbləğdə borcun və maşınların satılmasının səbəbi bəlli deyil.
Görəsən, su olmasa cənab Aslanovun oğlu bir ilə yarım milyonu qaytara biləcəkmi?
Müəllifin qeydi: "Qudalar Agentliyi" Zaur Mikayilovun sədri olduğu Dövlət Su Ehtiyatları Agentliyinin qeyri-rəsmi adıdır.
49 dəfə oxundu











