Tədris hissə müdiri qiymətləri özbaşına dəyişir – tələbələr və müəllimlər narazıdır FAKTLARLA

Tədris hissə müdiri qiymətləri özbaşına dəyişir –  Redaksiyamıza daxil olan məlumata görə, Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə qiymətləndirmə ilə bağlı ciddi qanunsuzluqlar və manipulyasiyalar baş verir. Belə ki, tədris hissə müdiri tərəfindən tələbələrin gündəlikdə aldığı qiymətlərlə kollokvium qiymətləri arasında ciddi uyğunsuzluqlar aşkarlanıb.

Məlumatda deyilir ki, müəllim Canpolad və Aynura adlı şəxslərin qiymət jurnallarında i/e (imtina edilib) və q/b (qeyri-bitirici) qeydlərinin silinərək, onların yerinə 6 yazılması faktı mövcuddur. Bu isə qiymətləndirmə prosesinin saxtalaşdırıldığını göstərir.

Əlavə olaraq, 19 sentyabrdan 31 oktyabra qədər olan dövrdə bəzi tələbələrin yalnız bir neçə qiymətlə kollokviuma buraxıldığı, bəzilərinin isə jurnalda ümumiyyətlə qiymətinin olmadığı məlum olub. Halbuki qanunvericiliyə əsasən, tələbə kollokvium və imtahana yalnız davamiyyət və gündəlik qiymətləndirilmə meyarlarına uyğun halda buraxıla bilər.
Müəllimlər bildirir ki, tədris hissə müdiri otağında oturaraq özbaşına qiymət qrafalarında dəyişikliklər edir, bəzi jurnallarda qarasalmalarla korrektələr aparır. Bu isə digər müəllimlər arasında etimadsızlıq yaradır və qiymətləndirmənin obyektivliyinə kölgə salır.

Tələbələr də narazıdır: gündəlikdə 7-8 alan tələbələr kollokviumda 2 almaqla üzləşirlər. Bu, ya qiymətlərin saxtalaşdırılması, ya da məqsədli şəkildə tələbələrin “kəsilməsi” kimi qiymətləndirilir.

Redaksiya olaraq məsələ ilə bağlı Təhsil Nazirliyi, *GDU rəhbərliyi və Kollecin Direktorluğuna sorğu ünvanlayacağıq. Bu cür hallar nəinki tədris prosesinə, həm də tələbələrin psixoloji durumuna ciddi zərər vurur və dərhal araşdırılmalı, məsul şəxslər barəsində tədbir görülməlidir.

Tədris hissə müdiri, öz kabinetində oturub qiymət jurnallarında qarasalma və saxtalaşdırmalar edir, bu isə digər müəllimlər arasında etimadsızlıq yaradır, tədris prosesinə olan inamı sarsıdır. Belə təcrübə heç bir halda qəbul edilə bilməz və dərhal araşdırılmalıdır.

Tələbələr və müəllimlər bu qanunsuzluq və haqsızlığa qarşı səssiz qala bilməyəcəklərini bildirir, məsul şəxslərin cavabdehlik daşımasını tələb edirlər.

Redaksiya olaraq, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi, GDU rəhbərliyi və Regional Kollecin Direktorluğuna rəsmi sorğu göndərəcəyik və bu halların dərhal araşdırılmasını, qanun pozan şəxslərin cəzalandırılmasını tələb edirik. Təhsil sahəsində belə özbaşınalıq və saxtakarlıq, tələbələrin gələcək perspektivlərinə və tədris sisteminin etibarlılığına ciddi təhlükədir və buna qarşı ciddi mübarizə aparılmalıdır.

Tədris hissə müdiri qiymətləri özbaşına dəyişir –
Tədris hissə müdiri qiymətləri özbaşına dəyişir –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...