Nazir adı qalmaqallarda hallanan notariusu hansı səbəbə vəzifəsində saxlayıb? - İLGİNC
Ədliyyə naziri Fərid Əhmədov son aylar ölkə üzrə fəaliyyət göstərən notarial kontorların böyük əksəriyyətini dəyişib. Çıxarılan notarial kontorların demək olar ki, hamısı uzun illərdi bu vəzifədə işləyirdilər və haqqlarında çoxsaylı şikayətlər var idi. Amma hansısa bilinməyən səbəblərdən haqqlarında ölkə mətbuatında kifayət qədər şikayət və məlumatlar yayımlanan bir neçə notariat işdən çıxarılmadı. Bunlardanda biri paytaxtın Nərmanov rayonunda fəaliyyət göstərən 21 saylı Xüsusi notariuat Daxil Kərimovdur. Bildirək ki, ölkə mətbautında Daxil Kərimovla bağlı kifayət qədər şikayətlər dərc edilib. Hələ Daxil Kərimov Şirvan şəhərində notariuat işlədiyi dövrdə xeyli sayda qanunsuzluğa yol verdiyini bilməyən yoxdur. Bununla bağlı ölkə mətbuatda müxtəlif şikayətlər öz əksini tapıb.
AzFakt.com-a daxil olan məlumata görə Daxil Kərimov hansısa vasitələrlə Ədliyyə Naziri Fərid Əhmədova yol taparaq vəzifəsində qalmasını təmin edib.
AzFakt.com-un əldə etdiyi məlumata görə Daxil Kərimov 21 saylı Xüsusi notariuatın rəhbəri vəzifəsində qalmaq üçün yüksək vəzifəli şəxslərn köməyindən yararlanıb. Belə ki, onun yerində qalması üçün nazir Fərid Əhmədovdan bir neçə hörmətli şəxs edib.
Qeyd edək ki, Daxil Kərimov ölkədə ən varlı notariuatlardan biri kimi tanınır. Mətbautda təkzib ediməyən məlumatlarda iddia edilir ki, Daxil Kərimovun Şirvan, Hacıqabul, Salyan, Cəlilabad və Bakı şəhərlərində mənzilləri, obyektləri, torpaq sahələri mövcuddur. Həmçinin onun Qaradağ rayonunda beton zavodu olduğunu bilməyən yoxdur. Bütün bu var dövləti Daxil Kərimovun notariual kontorunun vasitəsilə əldə etdiyinə də şübhə yoxdur. Görünür nazir Fərid Əhmədov hörmətli şəxslərin ona etdiyi xahişləri nəzərə alaraq, D.Kərimovla bağlı hansısa bir araşdırma aparmağa ehtiyyac duyamayıb.
35 dəfə oxundu











