Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaradıb - İşçilərin otağından dinləyici qurğu tapılıb
Dinləyici qurğuların aşkar olunmasından sonra, bütövlükdə AHİK-də qeyri-sağlam atmosfer yaranıb və artıq AHİK-də hamı bir-birindən şübhələnməyə başlayıb...Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinin son aylar qurumla bağlı mətbuatda yayımlanan məlumatlardan sonra mənbə axtarışına çıxması barədə məlumat vermişdik. Bildirmişdik ki, AHİK sədri Sahib Məmmədov ətrafına göstəriş verərək içəridəki “mənbə”nin tapılmasını istəyir.
AzFakt.com-a daxil olan məlumata görə Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaradıb. Belə ki, AHİK sədrinin yaxın adamlarının “mənbə axtarışı” bir çox işçilərin otağına gizli şəkldə dinləyici quraşdırılması ilə nəticələnib. Ancaq bir müddət sonra dinləyiciləri üzə çıxması qalmaqala və işçilərin qəzəbinə səbəb olub.
Məlumata görə AHİK sədrinin yaxın çevrəsi qurumdakı “mənbə”ni tapdıqlarını sədrə məruzə ediblər. Ancaq sədrin yaxın ətrafında yer alan və mənbə məsələlərini daim qabardan Aparat rəhbərinin müavini olan şəxs sadəcə olaraq Sahib Məmmədovun qəzəbindən yayınmaq üçün işçilərdən birini yalançı mənbə göstərək hədəfə gətirdiyi iddia olunur. Həmin şəxs dərhal işdən azad olunsa da, sonradan məlum olub ki, o sadəcə intriqanın qurbanı olub.
Qeyd edək ki, işçilərin otağından dinləyici qurğuların tapılması AHİK-də böyük qalmaqala səbəb olub. Narazılıq o səviyyəyə çatıb ki, bəzi işçilər AHİK rəhbərliyini, xüsusən də Sahib Məmmədovu açıq şəkildə psixoloji problemlərin olmasındə ittiham etməkdən çəkinməyiblər. İddia olunur ki, AHİK-in baş ofisində demək olar ki, bütün otaqlara dinləyici qurğular yerləşdirilib.
Bu qalmaql isə AHİK-in rəhbərliyinin iki qrupa bölünməsi ilə nəticələnib. İddiaya görə bu qruplar arasında gedən mübarizə Sahib Məmmədovun maraqlarına xidmət etsə də, bütövlükdə AHİK-də qeyri-sağlam atmosfer yaradıb və artıq AHİK-də hamı bir-birindən şübhələnməyə başlayıb.
9 dəfə oxundu














