ADSEA-da QALMAQAL – Həmkarlar Komitəsinin sədri təyin olunub? – Detallar

ADSEA-da QALMAQAL – Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) “İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi” yaradılıb.

Bir neçə gün əvvəl qurumda ilk həmkar təşkilatlarının müraciətləri əsasında Agentlik üzrə vahid həmkarlar ittifaqı komitəsinin yaradılması məsələsi müzakirəyə çıxarılıb və “səsvermə” keçirilib.

səsvermənin yekunlarına görə, Seymur Məmmədov (Maliyyə və təminat şöbəsinin təsərrüfat sektorunun müdiri) sədr seçilib.

Lakin ADSEA rəhbəri Zaur Mikayılovun göstərişi ilə komitənin sədri Hafiz Məmmədov (ADSEA-nın Ümumi şöbəsinin istehlak xidməti və protokol sektorunun müdiri) komitənin sədri təyin edilib. Bu qərardan narazı qalan Seymur Məmmədov öz etirazını ifadə edib.

Məlumatda qeyd olunur ki, Hafiz Məmmədov ADSEA rəhbəri Zaur Mikayılovun yaxın adamlarından biridir. Bu səbəbdən də komitənin rəhbərliyinin ona verildiyi bildirilir. Eyni zamanda, Agentlikdə Zaur Mikayılovun idarəetməsinə qarşı narazılıqlar artmaqda davam edir və işçilər onun idarəetmə üsullarının düzgün olmadığını açıq şəkildə bildirirlər.

Bizimesr.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...